Ucnoqta.az
www.ucnoqta.az

Bakıda bir ziyarətgahın dövlət qeydiyyatı ləğv olunub

09:56 - 19 İyul 2017 tarixində dərc olunub.

Bakıda ziyarətgahlardan birinin dövlət qeydiyyatı ləğv olunub.Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Suraxanı rayonu, Zığ qəsəbəsi “Əli qədəmgahı” ziyarətgahının qeydiyyatı həmin ziyarətgahın təsisçilərinin 14 iyul 2017-ci il tarixli ümumi yığıncağının qərarı ilə ləğv edilib.

Qeyd edək ki, “Əli qədəmgahı” 8 may 2002-ci il tarixli 111 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdı.

Müəllif: