Ucnoqta.az
www.ucnoqta.az

"Barselona" İspaniya çempionatında birinci yerə yüksəldi

22:35 - 28 Sentyabr 2025 tarixində dərc olunub.

"Barselona" İspaniya çempionatının 7-ci turunda evdə "Real Sosyedad"ı 2:1 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, katalonların qollarını Jül Kounde (43-cü dəqiqə) və Robert Levandovski (59) vurub.

"Real Sosyedad"ın heyətində Alvaro Odriozola (31) fərqlənib.

Beləliklər "Barselona" qalib gələrək İspaniya çempionatının turnir cədvəlində ilk pillədə qərarlaşıb. Hans-Diter Flikin yetirmələri hazırda 19 xalla ikinci yerdə qərarlaşan "Real Madrid"i bir xal qabaqlayır. "Real Sosyedad" 5 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. "Barselona" oktyabrın 5-də səfərdə "Sevilya"nı, "Real Sosyedad" isə həmin gün "Rayo Valyekano"nu qəbul edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası