Ucnoqta.az
www.ucnoqta.az

Rubio İsrailin xarici işlər naziri ilə Qəzza problemini müzakirə edəcək

09:44 - 27 Avqust 2025 tarixində dərc olunub.

ABŞ dövlət katibi Marko Rubio avqustun 27-də İsrailin xarici işlər naziri Gideon Saar ilə Qəzza zolağında münaqişənin həlli yollarını müzakirə etməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında görüş Vaşinqtonda Dövlət Departamentinin özündə baş tutacaq.

Müəllif: Ucnoqta.az redaksiyası