Ucnoqta.az
www.ucnoqta.az

Minsk Qrupunun 1 sentyabrda ləğvi gözlənilir

15:55 - 26 Avqust 2025 tarixində dərc olunub.

ATƏT-in Minsk Qrupu və əlaqədar strukturlarının bağlanması ilə bağlı müraciət ATƏT ölkələri arasında yayılıb

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, iştiakçı dövlətlər qərarın qəbulu üçün lazımı prosedurları dəstəkləməyə çağırılıb.

Ceyhun Bayramovun sözlərinə görə, 1 sentyabrda qərarın qəbulu gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası