Ucnoqta.az
www.ucnoqta.az

Ötən il övladlığa götürülən uşaqların sayı açıqlanıb

11:43 - 26 Avqust 2025 tarixində dərc olunub.

Ötən il övladlığa götürülən uşaqların sayı artaraq 165 uşaq olub.

Ucnoqta.az xəbər verir ki, bu, “Azərbaycanda təhsil, elm və mədəniyyət" adlı statistik məcmuədə bildirilib.

2023-cü ildə bu göstərici 137 nəfəri əhatə edib.

2024-cü ildə övladlığa götürülən uşaqlardan 26-sı bir yaşadək, 86-sı 1-5 yaş, 31-i 6-10 yaş, 22-si isə 11-17 yaşda olan uşaqlardır.

Ötən il övladlığa götürülən bir qız uşağının övladlığa götürülməsi barədə qərarı ləğv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası