Ucnoqta.az
www.ucnoqta.az

Nasistlər tərəfindən oğurlanmış rəsm Argentinada tapılıb

08:08 - 26 Avqust 2025 tarixində dərc olunub.

Niderland Mədəni İrs Agentliyi hesab edir ki, İtaliyalı rəssam Vittore Ghislandi-nin (1655-1743) İkinci Dünya Müharibəsi zamanı holland kolleksiyaçısı Jak Qudstikkerdən nasistlər tərəfindən müsadirə edilmiş rəsm əsəri Argentinada tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.

“Bir xanımın portreti” tablosu “Algemeen Dagblad” qəzetinin jurnalistləri tərəfindən aparılan araşdırma zamanı aşkar edilib. O, İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçan nasist maliyyəçisi Fridrix Kadqinin qızlarına məxsusdur.

Rəsm, qızlardan birinin satışa çıxardığı daşınmaz əmlak saytında yerləşdirilən evin fotosunda görünüb. Jurnalistlərin söhbət etdiyi ekspertlər belə qənaətə gəliblər ki, bu, orijinal rəsmdir.

Goudstikkerin varisləri onu geri almaq üçün məhkəməyə müraciət etməyi planlaşdırırlar.

Müəllif: Ucnoqta.az redaksiyası