Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllıda 4 otaqlı yaşayış evi yanıb

22:22 - 24 Avqust 2025 tarixində dərc olunub.

İsmayıllıda fərdi yaşayış evində yanğın olub.

Yanğın nəticəsində 1965-ci il təvəllüdlü Yunusov Ağasüleyman Həmid oğluna məxsus ümumi sahəsi 77 m² olan 1 mərtəbəli; 4 otaqlı evin, ona bitişik 70 m² olan talvarın, ümumi sahəsi 150 m² olan 1 mərtəbəli; 3 otaqlı evin yanar konstruksiyaları, yaxınlıqdakı ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyü və damına yığılmış 10 ton ot bağlamasının 8 tonu yanıb.

Əraziyə dərhal FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası