Ucnoqta.az
www.ucnoqta.az

Maduro milli milislərin səfərbərliyini elan etdi

06:11 - 22 Avqust 2025 tarixində dərc olunub.

Venesuela prezidenti Nikolas Maduro ABŞ-nin ölkədə sabitliyi pozmağa yönəlmiş təhdidinə cavab olaraq Bolivar Milli Milislərinin səfərbər olunduğunu elan edib.

Ucnoqta.az xəbər verir ki, Maduro Venezolana de Televisión telekanalı tərəfindən yayımlanan milis qarşısında çıxışında deyib.

"Mən Bolivar Milli Milislərini 23 və 24 avqust tarixlərində hərbi qərargahlarda, mərkəzi meydanlarda və 15 751 Hərtərəfli Xalq Müdafiə Bazalarının qərargahlarında səfərbər etməyə çağırıram". 

Madiro boldirib ki, Venesuela Amerika imperializminin cinayət təhlükəsi qarşısında növbəti dəfə qalib gələcək.  Maduronun sözlərinə görə, Bolivar Milli Milis, 4,5 milyondan çox milis üzvünə malikdir.

Müəllif: Ucnoqta.az redaksiyası