Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə dönərdən 24 nəfər zəhərlənib - 14-ü azyaşlıdır

10:50 - 21 Avqust 2025 tarixində dərc olunub.

Avqustun 20-də saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, onlardan 14-ü azyaşlıdır: "Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb".

Müəllif: Ucnoqta.az redaksiyası