Ucnoqta.az
www.ucnoqta.az

Əfqanıstanda ağır qəza - 70-dən çox adam ölüb

00:20 - 20 Avqust 2025 tarixində dərc olunub.

Herat vilayətində avtobus, motosiklet və yük maşınının toqquşması nəticəsində azı 71 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” əyalət administrasiyasının nümayəndəsi Əhmədullah Müttəqiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölənlər arasında 17 uşaq da var.

Hadisə yerində yanğınsöndürənlər işləyir.

Müəllif: Ucnoqta.az redaksiyası