Ucnoqta.az
www.ucnoqta.az

Putin Ukrayna üçün təhlükəsizlik təminatlarına razıdır - Tramp

00:20 - 19 Avqust 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp Ankoricdə keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putinin Rusiya Federasiyasının Ukrayna üçün təhlükəsizlik zəmanətlərini qəbul edəcəyinə razılaşdığını bildirib.

Ucnoqta.az xəbər verir ki, Trampın qeyd etdiyi kimi, bu, “çox vacib addımdır”. "Və bu, bizim nəzərə almalı olduğumuz əsas məqamlardan biridir", - Amerika lideri vurğulayıb.

Onun sözlərinə görə, Alyaskada keçirilən sammit onun Ukraynada sülhün əldə olunmasına inamını gücləndirib.

Müəllif: Ucnoqta.az redaksiyası