Ucnoqta.az
www.ucnoqta.az

Culfada nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb

13:29 - 15 Avqust 2025 tarixində dərc olunub.

Culfa şəhərində fəaliyyət göstərən kafedə ciddi nöqsanlar aşkar edilib.

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitar-gigiyenik qaydalara əməl olunmadığı məlum olub.

Eyni zamanda istifadə olunan bəzi məhsulların yararlılıq müddətinin bitdiyi, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.

Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası