Ucnoqta.az
www.ucnoqta.az

Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola salınıb

12:05 - 15 Avqust 2025 tarixində dərc olunub.

Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb.

“Report” xəbər verir ki, ilkin mərhələdə Kolatağ kəndinə 26 ailə (89 nəfər) köçürülür.

Kolatağa köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Kəndə Ağdam rayonundan 6 ailə (24 nəfər), Bakı şəhərindən 5 ailə (16 nəfər), Bərdə rayonundan 5 ailə (16 nəfər), Ağcabədi rayonundan 3 ailə (13 nəfər), Sumqayıt şəhərindən 2 ailə (6 nəfər), Tərtər rayonundan 2 ailə (4 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Göygöl rayonundan 1 ailə (3 nəfər), Qəbələ rayonundan 1 ailə (3 nəfər) köçürülür.

Müəllif: Ucnoqta.az redaksiyası