ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə videokonfransda deyib ki, NATO Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmamalıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron jurnalistlər qarşısında çıxışı zamanı bildirib.
"O, mənim üçün xüsusilə vacib olan şeyləri söylədi: NATO Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmamalıdır - biz bilirik ki, bu, Rusiya tərəfi üçün xüsusilə həssas məqamdır - lakin eyni zamanda, ABŞ və bütün istəyən müttəfiqlər onların təmin edilməsində iştirak etməlidir", - Makron bildirib.