Hindistanın paytaxtı Dehli bölgəsində leysan yağışlar küçələri su basıb və nəqliyyatın dayanmasına səbəb olub.
Ucnoqta.az xəbər verir ki, TASS-n verdiyi məlumata görə, Hindistan paytaxtında leysan səhər saatlarından davam edir. Pik saatlarda şəhərdə tıxac yaranıb. İctimai nəqliyyatın hərəkəti dayandırılıb. Bir sıra ərazilərdə kanalizasiya sistemləri su altında qalıb. Külək bir çox ağacın budaqlarını yıxıb.
Hindistan Meteorologiya Departamenti hava şəraiti ilə əlaqədar təhlükənin ən yüksək - "qırmızı" səviyyəsini elan edib, şəhərin bəzi ərazilərində çox güclü yağışın olacağı barədə xəbərdarlıq edib. Yerli sakinlərə çox zərurət olmadıqca evlərini tərk etməmələri tövsiyə olunur.