Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında səmti müəyyən edən italyan idmançı Mattia Debertolis vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatçılar məlumat verib.
29 yaşlı Debertolis avqustun 8-də səhər saatlarında orta məsafəyə qaçarkən huşunu itirib. Həkimlər qrupu onu yerli xəstəxanaya çatdırıb. Görülən yardımlara baxmayaraq, dünyasını dəyişib.
Yarışın təşkilatçıları idmançının vəfatı ilə bağlı başsağlığı verib və Debertolisin ailəsinə dəstək olacaqlarını bildiriblər.