Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanın bəzi məhəllələrində su olmayacaq

10:37 - 9 İyul 2025 tarixində dərc olunub.

Naxçıvanın bəzi məhəllələrində içməli su olmayacaq.

Şəhərin Əliqulu Qəmküsar, Babək və Əlincə məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlər 9 iyul tarixində gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası