Ucnoqta.az
www.ucnoqta.az

Praqada elektrik enerjisi kəsildi

15:46 - 4 İyul 2025 tarixində dərc olunub.

Praqada elektrik enerjisinin kəsilməsi baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə iyulun 4-də CT24 telekanalı məlumat yayıb.

"Günorta saatlarında Praqanın bəzi ərazilərində elektrik enerjisi kəsilib", - yayımçının X sosial şəbəkəsindəki səhifəsində deyilir.

CT24-ün məlumatına görə, metro və şəhər tramvaylarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Qeyd olunur ki, Praqa enerji şirkətinin PRE-nin məlumatına görə, işığın kəsilməsinə səbəb Çodov ərazisindəki yarımstansiyada baş vermiş qəza olub.

Müəllif: Ucnoqta.az redaksiyası