Binəqədidə 8 otaqlı ev yanıb

09:52 - 22 Avqust 2025 - HADİSƏ

Binəqədidə 8 otaqlı ev yanıb.

Bu barədə Ucnoqta.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 590 m² olan üçmərtəbəli 8 otaq və eyvandan ibarət evin 2-ci və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 370 m² sahədə və 1-ci mərtəbəsinin taxtadan ibarət pilləkən qəfəsi 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti