İkinci Dünya Müharibəsində qələbə ABŞ sayəsində əldə edilib - Tramp

08:20 - 6 May 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp bildirib ki, İkinci Dünya Müharibəsində qələbə “yalnız ABŞ sayəsində” əldə olunub.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə "Truth" sosial şəbəkəsində yazıb. "Biz iki dünya müharibəsində qalib gəldik, amma heç vaxt hamı kimi buna görə öhdəçilik götürmədik. Qələbə yalnız bizim sayəmizdə əldə olundu", - ABŞ lideri qeyd edib.

Ağ Ev rəhbəri qeyd edib ki, Amerika bunu dünyada bayram keçirməyən yeganə ölkədir.

Bununla bağlı o xatırladıb ki, noyabrın 11-i və mayın 8-i ölkədə bayram günləri elan edilib. Tramp əlavə edib ki, onlar iş günləri olacaq, çünki ştatlarda “çox bayram günləri” var.

Xəbər xətti