Bu şöbələr əhaliyə bank və maliyyə xidmətləri də göstərəcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC tərəfindən ölkənin bir sıra bölgələrində yeni poçt şöbə və agentlikləri fəaliyyətə başlayıb. Nazirliyin yaydığı məlumata görə, «Azərpoçt» Abşeron PF-də At yalı, İmişli RPF-də Allahmədətli, Saatlı PF-də Novruzlu və Samux PF-də 2 saylı, Xocalı RQ-də Xankəndi, Göygöl PF-də Balçılı, Siyəzən PF-də 1 saylı, Balakən PF-də 1 saylı poçt şöbələri, eyni zamanda, Şamaxı RPF-də 1-ci Çaylı, Şəhriyar, Quba PF-də Şuduq, Tovuz RPF-də Girzan, Sabirabad PF-də Qasımbəyli poçt agentlikləri açılıb.
Məlumatda qeyd edilir ki, ən müasir tələblər səviyyəsində tikilən poçt şöbələri əhaliyə bütün poçt xidmətləri ilə yanaşı, bank və maliyyə xidmətləri də göstərməyə imkan verir.
Əfsun