SOSİAL
Yeni Samux şəhəri salınacaq
SİYASƏT
TBMM XİK Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul etdi
İDMAN
Mübariz Mənsimov “Beşiktaş”ın prezidenti ola bilər
SOSİAL
Xeyli miqdarda saxta sement aşkarlandı
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | SOSİAL | Dəm qazı – insan qatili
Dəm qazı – insan qatili
Şriftin ölçüsü: Decrease font Enlarge font
image

Azər Maqsudov: “Belələrinə azca naşatır spirti iylətmək lazımdır”

Nüsrət Qasımov: «Hamamxananın ventilyasiya kanalı və pəncərə gözlüyü olmalıdır”

Qış mövsümü başlayandan dəm qəzından zəhərlənənlərin sayı artıb. Təkcə son bir həftədə 18 nəfər dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənmələr daha çox gecə saatlarında olduğu üçün onların böyük bir hissəsi dünyasını dəyişir. Respublikamızda qış aylarında dəm qazından zəhərlənək dünyasını dəyişənlərin sayının artması müxtəlif səbəblərlə əlaqələndirilir. Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımovun sözlərinə görə, yanma prosesinin pozulması zamanı yaranan dəm qazı insan həyatı üçün təhlükəlidir: «Tüstü bacalarının quraşdırılmasında çox vaxt nöqsanlara yol verilir. Bu zaman qazın tam yanmaması baş verir və dəm qazı yaranır. İnsanlar bundan xəbərsiz olduqları üçün bu qazla nəfəs alır və zəhərlənirlər. Son zamanlar dəm qazından zəhərlənmələrin əsas səbəbi İrandan gətirilən sobalardır. Bu sobaların üzərində 178 mm qaz tutumu olduğu qeyd olunur. Azərbaycanda qaz şəbəkəsi, evlər köhnə sovet məkanı standartları ilə çalışır. Optimal təzyiq, ən yüksək təzyiq 130 mm bərabərdir. Faktiki olaraq nəzər yetirsək, qaz evlərdə 60-70 mm-dən yuxarı qalxmır. Dəm qazının yaranmasının ilk səbəbi qazın təzyiqinin aşağı olması ilə bağlıdır. İkincisi isə, bu qaz sobalarını alan insanların məsuliyyətsizliyindən irəli gəlir. Belə ki, bu sobalar "Azəriqaz"a xəbər verilmədən naşı ustalar tərəfindən şəbəkəyə qoşulur və bunun da acı nəticəsini dadırlar. Bir neçə il öncə bu cür zəhərlənmələr əsasən standartlara uyğun olmayan cihazlardan istifadə nəticəsində yaranırdı. Hazırda isə vəziyyət bir qədər dəyişib”.

VENTİLYASİYA KANALI VASİTƏSİ İLƏ HAVA 1 SAATDA 3 DƏFƏ DƏYİŞDİRİLMƏLİDİR

N.Qasımova görə, əksər dəm qazı zəhərlənmələri hamamxanalarda baş verir: “Hamamxananın həcmi hündürlüyü 3,2 metr olmaqla 7,5 kub metr olmalı və qapısı çölə açılmalıdır. Qapıda təmiz havanın daxil olması üçün 2,5 sm diametrində dəliklər olmalıdır. Ventilyasiya kanalı vasitəsi ilə içəridəki hava 1 saatda 3 dəfə dəyişdirilməlidir. Həmçinin, hamamxananın təbii istilik mənbəyi, ventilyasiya kanalı və pəncərə gözlüyü olmalıdır. Bu, mətbəxə də aiddir. Mətbəxin həcmi hündürlüyü 2,2 m olmaqla 15 kubmetr olmalıdır. Mətbəxin də ventilyasiya sistemi, pəncərə gözlüyü olmalıdır. Qaz sobaları olan otaqlarda divan-kreslo qoyub, günü həmin otaqda keçirmək olmaz. Amma bəzi adamlar İran sobaları quraşdırdıqları otaqda da yatırlar”.
N.Qasımovun sözlərinə görə, bir çox ölkələrdə qazın təzyiqinin və keyfiyyətinin normalara uyğun olduğunu göstərmək üçün səs və işıq siqnalı olan cihazlardan istifadə edilir: “Hətta iqtisadi cəhətdən Azərbaycandan dəfələrlə zəif olduğu Ermənistanda da vətəndaşların mənzilinə belə cihazlar quraşdırılıb. Əgər təbii qazın tərkibi normalara uyğun deyilsə həmin cihaz səs siqnalı verir və vətəndaş təhlükə barədə xəbərdar olur. Azərbaycanda isə belə cihazlar da quraşdırılmayıb. Digər tərəfdən qazın tərkibinə adaran adlı maddənin qarışdırılması nəzərdə tutulsa da, bu da həyata keçirilmədi. Bu maddə qatıldığı halda hər hansı sızma halı olanda vətəndaş bundan xəbərdar ola bilərdi. Həmçinin, qazın fasilərlə verilməsi halları qalmalıdır. Qaz fasilələrlə verildikdə də vətəndaşlara əvvəlcədən xəbərdarlıq edilmir”.

DƏM QAZININ BEYİNƏ TƏSİR NƏTİCƏSİNDƏ İNSANDA YUXU ƏMƏLƏ GƏLİR

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, dəm qazı zəhərlənməsinin ilkin simptomları hiss edilir: «İlkin olaraq adamda baş ağırıları yaranır, üz nahiyəsində qızarma olur, ürək bulanma, qusma əlamətləri də müşahidə oluna bilir. Sadaladığım əlamətləri duyan adam o mühitdən çıxa bilirsə, hər şey yaxşı olur. Amma hamam otağında  məsələ bir az çətinləşir. Belə ki, istinin təsiri nəticəsində dəm qazından boğulma daha tez əmələ gəlir (şübhəsiz, hamam otağına dəm qazı sızırsa). Çünki isti nəticəsində  qan-damar sistemi güclü işləməyə başlayır, qanın damarlarda hərəkəti intensivləşir. Bu isə orqanizmin xeyrinə deyil.  Beyinin zəhərli qanla təchizi insan həyatına güclü təhlükə yaradır. Dəm qazının yuxu gətirmə xüsusiyyəti də var. Dəm qazının beyinə təsir nəticəsində insanda yuxu əmələ gəlir».
A.Maqsudovun sözlərinə görə, dəm qazı ilə  zəhərlənən adamın huşunu özünə gətirmək üçün ona azca naşatır spirti iylətmək lazımdır: «Belələrini vaxt itirmədən açıq havaya çıxarmaq lazımdır. Onun mühitini dəyişmək, oksigenlə təmasını artırmaq lazımdır. Onlara isti şirin çay da vermək olar. Həmçinin, onun ağız boşluğunda selik təmizlənməli və həkimə müraciət etmək lazımdır. Dəm qazından zəhərlənmələrdə ölüm ehtimalı qapalı mühitdəki qazın sıxlığından asılıdır. Göstəricilər belədir ki, qanda zəhər 7-8 faizdən  çox olursa, bu, ağır haldır. Şühbəsiz, yardım olmasa, bu halda zəhərlənən şəxs həyatını itirir. Amma dəm qazından zəhərlənən şəxs vaxtında xəstəxanaya çatdırılsa, onun həyatını xilas etmək mümkündür. Xüsusi aparatlar vasitəsilə onlara yüksək təzyiqlə oksigen vurulur və xəstənin qanı həmin avadanlıqla təmizlənir. Adətən, yarım saata-bir saata xəstələr özünə gəlir, danışmağa başlayır, ətrafa reaksiya bərpa olunur. Sonra onların qanlarına müxtəlif şirələr vurulur. Xəstələrin 60-70 faizi elə ilk gündən evə buraxılır».
Həkimin sözlərinə görə, zəhərlənmələrə əsas səbəb olan amil təbii qazın istifadəsi ilə bağlıdır: «Vətəndaşlar qazın istifadəsi zamanı son dərəcə diqqətlə rolmalıdır. Çünki zəhərlənmələr ya qazın yaxşı yanmaması, yaxud da sobaların düzgün işləməməsi ilə bağlı olur». 

ADİ MÜŞAHİDƏ İLƏ YANAN MAVİ YANACAĞIN TƏMİZ OLMASINI ƏYANİ MÜŞAHİDƏ ETMƏK OLAR

Dəm qazı rəngsiz, iysiz, dadsız, havadan yüngül və suda az həll olan kəskin zəhərli maddədir. Tənəffüs etdikdə dəm qazı ağciyərdə bronxlar vasitəsilə qana keçir. Bu maddə oksigenə nisbətən hemoqlobinlə möhkəm birləşir və oksigenin bədən hüceyrələrinə daşınmasını qarşısını alır. Bununla da orqanizmdə «oksigen aclığı» yaranır ki, nəticə etibarilə insanın boğulmasına səbəb olur. Orqanizm zəhərlənmədən öncə ilk müşahidə olunan hal başağrısı, ürəkbulanmasıdır. Dəm qazı təbii qazın əsas komponenti olan metanın yanmasında natamam məhsul hesab edilir. Çünki metan tam yandıqda karbon qazı və su əmələ gəlir. Deməli, metanın tam yanması üçün ilkin xammal kimi təbii qazın tərkibində kənar qarşıqlar aşağı həddə (3-5%) olmalıdır. Təbii ki, ölkəmizin ərazisində çıxan təbbi qaz neft məhsulları ilə birlikdə yerin təkindən çıxarıldığından onun tərkibində arzuolunmayan qarşıqlar üstünlük təşkil edir. Əgər təbbi qazın tərkibində metan 80-90 faiz təşkil edərsə bu məişətdə istifadə olunmaq üçün tam yararlı hesab edilir. Onun yanmasında dəm qazının əmələ gəlməsi ehtimalı minimumdur. Adi müşahidə ilə yanan mavi yanacağın təmiz olmasını əyani müşahidə etmək olar. Əgər qaz yanarkən, alovun rəngi parlaq mavi  rəngdədirsə, demək təbii qaz təmizdir. Yox alovun rəngi tünd qırmızıya çalırsa, deməli onda kənar qarşıqlar üstünlük təşkil edir.
Qeyd edək ki, artıq dəm qazı təhlükəsini öncədən xəbər verən avadanlıq da mövcuddur.  Qaz xəttinə quraşdırılan bu qurğu təhlükə yaranan kimi səs və işıq siqnalı verir. Elə də böyük qiymətə olmayan həmin cihazlar siqnal verməklə vətəndaşı xəbərdarlıq etməklə yanaşı, hər hansı nasazlıq olduqda qazı bağlayır. Amma hələ də Azərbaycanda bu cihazlardan istifadə olunmur. Göründüyü kimi dəm qazından zəhərlənmə halları artsa da, müvafiq dövlət qurumlarının problemin səbəblərinin aradan qaldırılması istiqamətində atdığı addımlar yetərincə deyil. Əks halda hər gün bir neçə ailənin eyni səbəbdən faciə ilə qarşılaşmasının şahidi olmazdıq. Demək, sağlamlığımızın qeydinə özümüz qalmalıyıq.

Xalid

22 dəfə oxunub
22/02/2012 20:01:00 "Azəbaycana il ərzində 2 milyondan çox turist gəlir”
22/02/2012 20:00:00 Nəzakət Teymurovanın səsi xarici ölkədə eşidilir
22/02/2012 19:57:00 “Birlik” MMC-nin fırıldağı üzə çıxıb
22/02/2012 19:56:00 Muskomediya növbəti mövsümü öz binasında açacaq
22/02/2012 19:55:00 Samira “Azərbaycanın Uitni Hyustonu" kimi təqdim olunacaq
22/02/2012 19:52:00 Cavid Qurbanov: “Prezidentin o fərmanı vəziyyəti kökündən dəyişdi” - MÜSAHİBƏ
22/02/2012 19:51:00 Hərbçilərimiz ABŞ-a kursa gedir
22/02/2012 19:50:00 “Beşikdən məzara” təqdim olundu
22/02/2012 19:50:00 Azərbaycanda kino sahəsi inkişaf edir
22/02/2012 19:49:00 “Böyükmiqyaslı müharibə Rusiyanın xeyrinə deyil”
22/02/2012 19:47:00 Sənətçilər Xocalı soyqırımı ərəfəsində konsert verəcəkmi?
22/02/2012 16:59:00 Çaylarımızdakı mövcud vəziyyət açıqlandı
22/02/2012 16:51:00 Naxçıvanda 11 tarix və mədəniyyət abidəsi tapıldı
22/02/2012 16:48:00 Bakı keçidlərindəki Almaniya istehsallı eskalatorlar "kitayski" çıxdı
22/02/2012 16:47:00 Xəzər üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri işdən azad edildi
22/02/2012 16:28:00 Sürücülərə şad xəbər: Azərbaycanın təmir olunan və yenidən qurulan yolları – SİYAHI
22/02/2012 15:57:00 ATƏT-in Bakı ofisinin rəhbəri ADU-da mühazirə oxudu
22/02/2012 15:56:00 Hadı Rəcəbli: “Gənc ailələrin sosial müdafiəsinə dair qanun hazırlanır”
22/02/2012 15:46:00 Azərbaycan və Ermənistan ziyalıları Moskvada görüşdü
22/02/2012 15:35:00 Rusiya komandasının baş məşqçisi Türkiyədə öldü
22/02/2012 15:34:00 2 jurnalist öldürüldü, 4-ü yaralandı
22/02/2012 13:48:00 Gəncədə polis 8 qumbara tapdı
22/02/2012 13:46:00 Bakıda qanunsuz ovun qarşısı alınıb
22/02/2012 13:45:00 Türkiyənin “Eurovision-2012” mahnısı bu gün təqdim ediləcək
22/02/2012 13:44:00 Komitə sədri: “Bələdiyyə torpaqları bəlli deyil”
22/02/2012 13:43:00 Əli Əhmədov: “Bu, İranda yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir”
22/02/2012 13:42:00 Əli Hüseynli: “Xocalı soyqırımı ilə bağlı milli səviyyədə məhkəmə qurulmalıdır”
22/02/2012 13:40:00 Ermənilər 1994-cü ilədək işğaldakı ərazilərimizdə 373 terror aktı törədib
22/02/2012 13:39:00 “Ermənilər həm Şimali, həm Cənubi Azərbaycanda qırğınlar törədiblər”
22/02/2012 13:32:00 Gənclər Təşkilatları Milli Şurası e-mail “hücum” etdi
22/02/2012 13:32:00 “Qarabağ həqiqətləri- “Kimdir günahkar?” filmi sabah ictimaiyyətə təqdim olunacaq
22/02/2012 13:28:00 Torpaqlar çirklənmədən qorunmalıdır
22/02/2012 13:27:00 Şura üzvlüyünə qruplar üzrə seçkilər gələn həftədən başlanır
22/02/2012 13:24:00 Sənaye sahələrində 3,1 milyard manatlıq məhsul istehsal edilib
22/02/2012 13:24:00 NABUCCO kəmərinin yükü azaldıla bilər
22/02/2012 13:22:00 Doqquz  şirkət icbari sığorta ilə məşğul olacaq
22/02/2012 13:21:00 Müsabiqədə 229 müəllim mübarizə aparacaq
22/02/2012 13:19:00 "Fəth 1453" 4 günə 12,9 milyon lirə qazanıb
22/02/2012 13:15:00 İsmayıllıda sənətkarlıq sahələrinə geniş yer veriləcək
22/02/2012 13:14:00 “Miras” Xocalı faciəsini məktəblilərə anladacaq
22/02/2012 13:13:00 Maliyyə Nazirliyi QHT-lərə vaxt verdi
22/02/2012 13:11:00 Özəl bankların payı artıb
22/02/2012 13:10:00 İndoneziyada oranqutanlar özləri barədə filmə baxacaq
22/02/2012 13:09:00 Arılar barədə bilmədiklərimiz
22/02/2012 13:08:00 Avstraliya tarixində ən böyük çəhrayı almaz tapılıb
22/02/2012 12:57:00 Qadın ərini “kişi” sevgilisi ilə evləndirəcək
22/02/2012 12:52:00 NATO əsgərləri Quranı yandırdı, Ağ ev üzr istədi
22/02/2012 12:51:00 Məşhur alimlərə və bəstəkara Prezidentin fərdi təqaüdü verildi
22/02/2012 12:51:00 Veteranlar “Şöhrət” ordeni ilə təltif edildilər-SİYAHI
22/02/2012 12:50:00 Azərbaycanda uzunluğu 800 metr olan relslər hazırlanır



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb