Dünən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradke Azərbaycana gəlib. AzərTAc xəbər verir ki, bununla da, həmsədrlər tam heyətdə Bakıya toplaşıblar. Digər həmsədrlər Bernar Fasye və İqor Popov isə sentyabrın 6-da Azərbaycana gəliblər. Həmsədrlər Azərbaycanın rəsmiləri ilə görüşəcəklər.
Səfərin məqsədi Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə səfər edəcək faktaraşdırıcı missiyanın yaradılması ilə bağlı detalları müzakirə etməkdir.
Bakıdan sonra həmsədrlər Yerevana və Xankəndiyə gedəcəklər.
Hüseyn