AXCP sədrinin müavini Razi Nurullayevə qarşı «Facebook» sosial paylaşma şəbəkəsində təxribat baş verib. Naməlum şəxslər onun «Facebook» səhifəsinə daxil olaraq milli bayrağımızla bağlı xoşagəlməz qeydlər yerləşdiriblər. Bu barədə «Üç nöqtə»yə R.Nurullayev özü məçlumat verib. Politoloq bildirib ki, onun «Facebook» səhifəsi sındırılıb: «Mənim adımdan bayraqla bağlı anormal bir şey qoyub məni söydürürlər. Hazırda səhifəm başqaları tərəfindən sui-istifadə olunur». Sözü gedən yazıda Razi Nurullayevin adında Dövlət Bayrağı Meydanındakı bayrağın cırılmasına sevinənlərin ünvanına söyüş işlədilib. Bu isə o məsələyə dair bu və ya digər şəkildə münasibət bildirmiş insanların əks reaksiyasına səbəb olub. R.Nurullayevin ünvanına ağır ittihamlar yazan adamların sırasında Azərbaycan mediasında tanınmış şəxslər, ictimai fəallar da var.
R.Nurullayev internet istifadəçilərinə elan edir ki, səhifəsində yazılanlar ona məxsus fikirlər deyil və onun axırıncı yazısı AXCP və Müsavatın seçki bloku yaratmasının vacibliyi ilə bağlı olub.
Hüseyn