ANA SƏHİFƏ
Türkiyənin baş qərargah rəisi Azərbaycana gəlir
ANA SƏHİFƏ
«Tədricən problem həll olunur»
SOSİAL
Xərçəng xəstəliyindən hər il 7 milyondan artıq insan həyatını itirir
QARABAĞ
Ermənilərin həyəcanı səngimir
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | SİYASƏT | AVP sədri: «YAP ən ciddi uğur qazanmaq şansı olan partiyadır»
AVP sədri: «YAP ən ciddi uğur qazanmaq şansı olan partiyadır»
Şriftin ölçüsü: Decrease font Enlarge font
image

Fəzail Ağamali: «Parlament seçkiləri ciddi və məsuliyyətli bir proses olduğu üçün tələskənliyə yol vermək olmaz»

«Qara siyahilari» tutanlarin özləri qara adamlardir»

«Doğrudan da, mətbuata açıqlamamda bildirmişdim ki, avqust ayının əvvəllərinə kimi partiyamızın seçkilərə qatılacaq namizədləri ilə bağlı işlər yekunlaşdırılacaq və Ali Məclisin növbəti iclasında bu yöndə yekun qərar qəbul olunacaq. Ancaq sonradan bu məsələ ilə bağlı partiyamızın Mərkəzi Şurasının yığıncağı keçirildi və ümumi müzakirələrdən sonra belə qərara gəldik ki, Ali Məclisin yığıncağını sentyabr ayının əvvəllərinə təyin edək. Yəni, seçkilərə rəsmən start verilməzdən bir neçə gün əvvələ». Bu fikirləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı səslindirib. Onune sözlərinə görə, bu istiqamətdə artıq müəyyən nəticələr, dəqiqləşmələr var.

- Amma bununla belə, biz ona qədər ölkə daxilində seçki prosesi ilə bağlı bütün faktorları bir daha gözdən keçirməyi, təhlil etməyi daha məqsədəmüvafiq saydıq və sayırıq.

- Partiyanızın Ali Məclisinin iclasının sentyabra təxirə salınması müttəfiqiniz olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) öz namizədlər siyahısını hələ açıqlamaması ilə bağlı deyil ki?

- Bəli, bununla birbaşa bağlıdır. Çünki YAP ölkədə qarşıdan gələn parlament seçkilərində ən ciddi uğur qazanmaq şansı olan partiyadır və bizim üçün həmin partiyanın son qərarı çox ciddi əhəmiyyət daşıyır. Bu, etiraf edilməlidir. Eyni zamanda digər məqamlar da var. Parlament seçkiləri kifayət qədər ciddi və məsuliyyətli bir proses olduğuna görə, düşünürəm ki,  burada tələskənliyə yol vermək olmaz. Ona görə biz belə qərara gəldik ki, bütün məqamlar, detallar, cəhətlər nəzərə alınmaqla son qərarımızı məhz bugünlərdə keçiriləcək Ali Məclisin yığıncağında verək. Artıq bu zaman siyahı da dəqiqləşəcək, konkret taktikamız da müəyyənləşəcək, ortalığa çıxa biləcək bu və ya digər variantlar da müzakirə predmetinə çevriləcək, yekun olaraq partiyanın müvəffəqiyyətini təmin edə biləcək variantlara da üstünlük veriləcək, beləliklə, seçkilərə də qoşulmuş olacağıq.

- İndiyə qədərki praktikadan çıxış etsək, qeyd edə bilərik ki, YAP cəmi iki dairədən – sizin və müavininiz Zahid Orucun qatıldığı seçki dairələrindən öz namizədlərini irəli sürməyib, sizlərə dəstək verib. Bu baxımdan, bu dəfə də belə olacaq, yoxsa YAP-ın AVP il bağlı güzəştə gedəcəyi dairələrin sayı artacaq, yaxud əksinə, azalacaq?

- Bu haqda konkret fikir söyləmək mənim üçün hələ tezdir. Sadəcə, biz AVP olaraq daha çox saylı namizədlərlə seçki prosesinə qoşulsaq da, əlbəttə, onların içərisində seçilmək şansı daha üstün olan namizədlərə önəm vermişik və imkanlarımızı, qüvvəmizi bu istiqamətə səfərbərliyə almışıq ki, daha ciddi şansı olan namizədlərə üstünlük verilsin, onlar seçilsinlər. YAP-la da müzakirələrdə biz bu məsələni xüsusi olaraq vurğulamışıq və onun ətrafında diskussiyalar aparmışıq. İndi qarşıdan gələn parlament seçkiləri ilə bağlı bununla əlaqədar ilkin danışıqlarımız, müzakirələrimiz olsa da, lakin son, yekun müzakirələrimiz olmayıb və yəqin ki, biz öz namizədlərimizi dəqiq müəyyənləşdirəndən, eyni zamanda, YAP-la müzakirələri yekunlaşdırdıqdan sonra neçə nəfər namizədimizin iştirakından tutmuş ta ki şanslı namizədlərimizin seçilmə ehtimalı üzərində də fikir söyləmək mümkün olacaq. Amma indiki halda sizin sualınıza konkret cavab vermək, əlbəttə, çətindir.

- Əgər YAP-la razılaşdırmalar olmasa, AVP YAP-dan kənar iqtidaryönlü partiyalarla seçki bloku yaratmaq istiqamətində danışıqlara başlaya və nəhayət blok yarada bilərmi?

- YAP-la müzakirələrimiz davam edəcək, bu, şəksizdir. Bu məsələ ətrafında mübahisə açmaq istəmirəm və düşünürəm ki, buna ehtiyac da yoxdur. Seçki prosesi, ümumiyyətlə, siyasət belədir ki, hər an, hər zaman yaranmış olan situasiya yeni variantlar, yeni imkanlar ortalığa qoyur və bu imkanlar, bu variantlar əgər partiyaya divident gətirirsə, onun prosesdə iştirakında fəal rol oynayıb, konkret müsbət nəticələr verə bilirsə, bütövlükdə bu prosesə - seçki prosesinin demokratikləşməsinə töhfə verirsə, əlbəttə, onlar üzərində düşünmək və konkret qərar qəbul etmək də mümkündür. İndiki halda isə bu və ya digər blok haqqında hər hansı bir fikir söylmək mümkün deyil. Çünki belə bir ideya, belə bir fikir hələlik ortada yoxdur. Ola bilsin, bu ideya bir neçə gündən sonra aktual olsun, ola bilsin, heç aktual olmasın. Əgər aktual olarsa, biz bunu müzakirə edəcəyik və təbii ki, bununla bağlı fikirlərimizi konkretləşdirib ictimaiyyətə çatdıracağıq.

- Məsəl var, şər deməsən, xeyir gəlməz. Əgər növbəti dəfə seçkilərdə uğur qazana bilməsəniz, partiya sədrliyindən və yaxud, ümumiyyətlə, siyasətdən gedə bilərsinizmi? Onu da qeyd edək ki, müavininiz Zahid Orucdan fərqli olaraq, sizin adınız növbəti dəfə parlamentə düşməyəcək siyasətçilər, millət vəkilləri sırasında çəkilir, adınız “qara siyahılara” salınır və sair...

- Əvvəla, bu “qara siyahıları” tutanların özləri qara adamlardır. İkincisi, “qara siyahıdır”, “boz siyahıdır”, “qırmızı siyahıdır”, mən  bunların heç birinə inanmıram. Düşünürəm ki, bunlar ayrı-ayrı mətbu orqanlarının xəstə təxəyyülünün məhsuludur və onlar mövzu tapmadıqlarına görə bu cür “siyahılar” tərtib edirlər, onları ictimai rəyə sırımağa çalışırlar. Bütün bunların hamısı mənasız və boş şeylərdir. Yaddan çıxarmasınlar ki, parlament seçkilərində iştirakın iki tərəfi var: bir seçilmək istəyən, bir də seçən. Məsələni həll edən bunlardır və eyni zamanda digər kompanentlər də var ki, əlbəttə, bunlar da seçki prosesində özünün əhəmiyyətli rolunu oynayır. Üçüncüsü, mən heç zaman işimi şər üzərində qurmuram. Mən düşünürəm ki, siyasətçi optimist, nikbin, inamlı olmalı, siyasi proseslərdə inamlı şəkildə özünə, tutmuş olduğu yola güvənərək, nəhayət xalqın etimadına söykənərək prosesə qoşulmalı və qalib gəlməlidir.

- Başqa bir məsələyə də münasibətinizi öyrənmək istərdik. İstər müxalifət partiyaları, istərsə də iqtidaryönlü və mərkəzçi partiyalar olsun, bunların əksəriyyətində uzun illərdir eyni şəxs və şəxslər hakim mövqedədirlər. Necə hesab edirsiniz, bunlar nəticə etibarilə həmin partiyalarda avtoritarizmə, bir şəxsin və ya şəxslərin həmin siyasi qurumları  öz monopoliyasına almasına gətirib çıxarmırmı?

- Bununla bağlı yalnız onu demək istəyirəm ki, indiki zaman kəsiyində əgər bir partiya sədri olaraq öz potensialımı həmin təşkilatın inkişafına yönəldə, qoya bilirəmsə və mənim potensialım tükənməyibsə, belə demək mümkünsə, fiziki durumum, düşüncə tərzim, səhhətim bütün mənalarda partiyaya rəhbərlik etməyə imkan verirsə, o zaman bu prosesdən nə üçün kənarda qalım? İkincisi, hər bir məsələnin özünün vaxtı var, lazım gələndə AVP-nin sədri olaraq mən də istefaya gedəcəyəm və partiyanın qurultayı mənim yerimə kimisə müəyyənləşdirəcək, tapacaq, seçəcək, bununla  məndən sonra həmin şəxs partiyaya rəhbərlik edəcək. Üçüncüsü, bu məsələnin dəfələrlə mətbuatda gündəmə gətirilməsinə də, düşünürəm ki, elə bir ehtiyac yoxdur.

Elməddin MURADLI

75 dəfə oxunub
04/02/2012 10:59:00 Gecə 5-8 dərəcə şaxta olacaq
04/02/2012 10:55:00 Ötən gün Bakıda 3 nəfəri don vurub
04/02/2012 10:53:00 Türk qırıcıları PKK hədəflərini bombardıman etdi
04/02/2012 10:33:00 “Azərbaycan bundan sonra da tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edəcək”
04/02/2012 10:25:00 Ermənistan atəşkəsi pozub
03/02/2012 18:21:00 “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03/02/2012 17:38:00 Ötən gün təcili yardıma 1239 müraciət daxil olub
03/02/2012 17:32:00 Azərbaycan Maltanın "Eurovision" seçimlərində təmsil olunur
03/02/2012 16:30:00 Sabahın hava proqnozu açıqlandı
03/02/2012 16:29:00 Mourinyo: "Biz Nurini 5 aylığa deyil, 5 illiyə almışıq"
03/02/2012 16:22:00 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03/02/2012 16:20:00 "Xəzər Lənkəran" Rusiya klubuna məğlub oldu
03/02/2012 16:15:00 Ərdoğan Məhəmməd Peyğəmbərin tellərini Çeçenistana verdi
03/02/2012 16:11:00 "Heç düşünmədən Burakı alın»
03/02/2012 16:04:00 Teves: «İnsanlar necə istəyirlərsə, o cür də fikirləşsinlər»
03/02/2012 16:01:00 “Neftçi” “Terek”i məğlub etdi
03/02/2012 15:58:00 Misirdə gərginlik davam edir
03/02/2012 15:53:00 Rusiyada qeydiyyat yeri üzrə yaşamayanlar köçürülə bilər
03/02/2012 15:31:00 «İsrail ilə İran yazda müharibə edə bilər»
03/02/2012 15:29:00 Türkiyə ABŞ-ın PKK-çılarla bağlı qərarından məmnundur
03/02/2012 15:26:00 Sarkozi partiyasının deputatlarına və nazirlərə təzyiq edir
03/02/2012 15:22:00 Rusiya Azərbaycan əleyhinə hərəkətə keçib
03/02/2012 15:03:00 İlham Əliyev Avropadan səslənəcək
03/02/2012 14:51:00 Alyans Xocalı soyqırımı ilə bağlı aksiyalara start verdi
03/02/2012 14:49:00 Anomal soyuqlar Avropada 163 nəfərin həyatına son qoyub
03/02/2012 14:45:00 Qəhrəmanlar unudulmur - Milli Qəhrəmanlar Şahin Tağıyev və Bəylər Ağayev
03/02/2012 14:40:00 Rusiya Avropa Birliyinə barmaq silkələdi
03/02/2012 14:28:00 “Eurovision-2012”-də milli seçim turunun yarımfinalı başa çatır
03/02/2012 14:12:00 2011-ci ildə YAP-a 4 milyon 711 min 974 manat daxil olub
03/02/2012 14:10:00 AŞPA həmməruzəçiləri: “Ümidimiz var ki, Azərbaycanda o məhbuslar tezliklə azad olunacaq”
03/02/2012 13:36:00 Bu il qızıla əlavə təlabat yaranacaq
03/02/2012 13:35:00 Bu il qəbul imtahanlarında 100 min abituriyent iştirak edəcək
03/02/2012 13:31:00 Dəmiryolu nəqliyyatı ilə yük daşımalarının həcmi azalıb
03/02/2012 13:29:00 Qanunsuz evi sökülənlərə kompensasiya verilməyəcək
03/02/2012 12:23:00 Merkel Çini İrana təzyiq göstərməyə çağırıb
03/02/2012 12:20:00 Avropa donur
03/02/2012 12:17:00 İçində 350 nəfər olan gəmi batıb
03/02/2012 12:15:00 “Azərbaycan İdeyası” qəzetinin əməkdaşı həbs olundu
03/02/2012 12:10:00 “Bakı”nı seçməklə düzgün addım atmışam”
03/02/2012 12:09:00 Abel Məhərrəmov Kubanın Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti ilə görüşüb
03/02/2012 11:53:00 Toni Adams yenidən “Qəbələ”də
03/02/2012 11:50:00 Elmira Axundova Rusiyanın “Tribuna” qəzetində Sarkozinin son şansı haqqında yazıb
03/02/2012 11:46:00 AŞPA-nın həmməruzəçiləri Milli Məclis sədri ilə görüşdü
03/02/2012 11:44:00 Millimizin baş məşqçisi oyunçu azlığından gileyləndi
03/02/2012 11:42:00 “Qarabağ” dünya reytinqində gerilədi
03/02/2012 11:38:00 Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir
03/02/2012 11:38:00 Atəşkəs bir neçə istiqamətdə pozulub
03/02/2012 11:36:00 Yenə şaxta olacaq
03/02/2012 11:31:00 Türkiyədən Fransaya ilk sanksiya
03/02/2012 11:27:00 Hava limanı fəaliyyətini qismən bərpa edib



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb