Dünən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə arasında görüş olub. Görüşdə noyabrda keçiriləcək palament seçkisində əməkdaşlıq məsələsi müzakirə olunub. ADİP-dən aldığımız məlumata görə, tərəflər “Demokratiya” adlı seçki bloku yaratmaq barədə razılıq əldə ediblər. Sazişin mətni və digər sənədlərin hazırlanması üçün işçi qrupu yaradılması qərara alınıb. Yaxın günlərdə partiyalararası saziş imzalanacaq və blok ictimaiyyətə təqdim olunacaq.
Hüseyn