Müdafiə Nazirliyi: «Ermənilər 5 istiqamətdə atəşkəsi pozub»
Cəbhədə gərgin vəziyyət yenə də davam edir. Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 5-də saat 11.15-dən 11.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 07.25-dən 08.15-dək, 19.00-dan 19.25-dək, 20.45-dən 21.25-dək, sentyabrın 6-da 00.40-dan 01.15-dək, 00.45-dən 00.55-dək, 01.00-dan 01.20-dək, 03.45-dən 04.15-dək və 04.10-dan 04.30-dək Tərtər rayonunun Çiləbürt, Göyarx, Seysulan, Qızıl Oba kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 13.00-dan 13.15-dək və sentyabrın 6-da saat 02.35-dən 02.55-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.50-dən 23.05-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.30-dan 15.00-dək, sentyabrın 6-da saat 03.30-dan 04.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Elməddin