Təxminən 5 saat ərazidə atışma gedib
Bu gecə saat 00:30-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtərin işğal altındakı Talış kəndində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini və rayonun Çaylı kəndini atəşə tutublar. ANS-in Qarabağ bürosunun məlumatına görə, təxminən 5 saata qədər həmin ərazidə atışma gedib. Hələlik ölən və yaralananların olmadığı bildirilir.