Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 2-də saat 10.30-dan 11.30-dək fasilələrlə Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.40-dan 23.50-dək Ağdam rayonu Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 3-də saat 00.20-dən 00.45-dək Tərtər rayonu Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Emin