Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 1-də saat 18.30-dan 18.40-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.40-dan 18.50-dək, sentyabrın 2-də saat 03.00-dan 03.35-dək və 05.10-dan 05.30-dək Tərtər rayonunun Qızıl Oba, Çaylı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Emin