SOSİAL
Yeni Samux şəhəri salınacaq
SİYASƏT
TBMM XİK Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul etdi
İDMAN
Mübariz Mənsimov “Beşiktaş”ın prezidenti ola bilər
SOSİAL
Xeyli miqdarda saxta sement aşkarlandı
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | OXU ZALI | Vəlidən gizlin sizə məktub yazıram
Vəlidən gizlin sizə məktub yazıram
Şriftin ölçüsü: Decrease font Enlarge font
image

 Deyirlər ki, “gənclik gələcəyimizdi.” Bəs, görəsən gəncliyi keçmişimiz adlandıra bilərik? Məncə hə!!! Bilirsiniz niyə “hə” deyirəm?... çün ki, bəzi gənclərimiz var ki, keçmişini öyrənərək gələcəyinizə addımlayır. Mən əslində bütün növ yazıları oxumağı sevirəm. Amma nədənsə əruz vəznində yazılan yazıları məhz elə şairlərin, yəni ki, qəzəlxanların dilindən dinləyərkən daha da rahat oluram. Əslində bunun bir səbəbi var. Qəzəl nə qədər bizim anladığımız dildə yazılsa da bəzən biz onun mənasını sıradan bir deyilişdə anlamırıq. Bizim gənc yazarların arasında qəzəlxanlarla çox az-az rastlaşırıq. Amma bu gün həqiqətən də qəzəl yazan gənc yazarlarımız var. Bunların sırasında haqqında sizə söhbət açacağım qəzəlxan Vəlixan Abdullayev də var. Bəlkə də indicə yazdığım və sizin elə indicə oxuduğunuz “Qəzəlxan” sözü bir az yerinə düşmədi. Çün ki, nəinki mən elə Vəli də “Qəzəlxan” sözünü nə qədər böyük ustadlara deyildiyini bilirik. Amma bu sözü bu dəqiqə mən arzu edərək yazdım siz oxudunuz. Mən Vəliyə böyük qəzəlxan olmağı arzulayıram deyim və söhbətimizə davam edək... Vəlixan Abdullayevin iyirmi beş yaşı var və o deyir ki, “mən qəzəli məhz elə Azərbaycan dilində yazmaq istəyirəm”. Mənə elə gəlir ki, Vahid yolu getmək bu gəncin gələcəyindən artıq xəbər vermiş olur. Bəs, görəsən mən onu niyə sizə “Vəlixan” kimi təqdim edəndən sonra “Vəli” deyə xatırladıram. Artıq sizə məlum oldu Vəlixan qəzəl yazır və hər dəfə qəzəlin son misrasında özünə elə “Vəli” deyə müraciət edir. Hətta bəzi şairlərə yazdığı təxmislərdə də o özünə “Vəli” deyə müraciət edir. Bu da o deməkdi ki, siz bundan sonra hər hansı isə əruzda yazılan əsərin son misrasında “Vəli” xitabı ilə rastlaşsanız bilin ki, müəllif Vəlixan Abdullayevdi.
Əzizim oxucu, bəlkə elə bu məqamda siz Vəlixanın bir qəzəlin oxuyasınız? Atama rəhmət oxudunuzsa qəbul etdim... çün ki, ölü kimi  elə diriyə də rəhmət oxumaq olar.


Mənə dünyanı fələk dar etdi,
Dinmədim susdu ürək ar etdi.

Yar olub xar ilə həmdəmlik edib,
Məni bir qönçə çiçək xar etdi.

Sevmirəm söylə dedim, amma, ürək ,
Sevirəm hər dəfə təkrar etdi.

Gizlədə bilmədim əsla qəmimi,
Yaydı hər yanə külək car etdi.

Şahi-xilqət bu gözəlliklə onu,
Bu fəna dəhrdə tək var etdi.

Həsrətilə keçən hər gün Vəlini,
Rahi-sevdadə əməkdar etdi.

Əzizim oxucu, elə indicə siz Vəlixana aid olan bir məlumatı da oxuyacaqsınız. Vəlixan Abdullayev deyəndə siz hansı xanəndəmizi xatırlayırsınız? Bir az fikirləşin mən sizə deyim ki, Vəlixanın mənim bu yazını yazdığımdan qətiyən xəbəri yoxdur. Əgər xəbəri olsaydı məni sizə bu xəbəri çatdırmağa qoymayacaqdı. Əslində mən Vəlini yaxşı anlayıram... axı, mənim özüm də “Novruzova”-yam. Amma bunu hər zaman gizlədirəm. Elə indi də sizə yazmayacam bunun mənası nədir.  Vəlixan Abdullayev  xalq artistimiz Ağaxan Abullayevin qardaşı oğludur. Buna yalnız mən sevinirəm. Çün ki,  gənc qəzəlxan dostumun kökü möhkəmdir. Bəli, “ot kökü üstündə bitər”. Amma deməyəsiniz a “Vəlini niyə ota bənzətdin”? Əslində insanlar hər biri elə torpağa gedib bir “Ot” kimi gəlir yenidən dünyaya. Nə isə qayıdaq Vəlixana, yəni ki, haqqında sizə söhbət açdığım gənc qəzəlxana... Vəlixan təkcə qəzəl yazmırmış. Günlərin bir günü Vəli mənə bir yazı yolladı elə indicə həmin şeri mən sizə müəllifin mənə oxumaq üçün yolladığı kimi oxumağınız üçün təqdim edəcəm. Amma əvvəlcədən deyim ki, bu şer Vəlixanın dahi şairimiz Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şerinə nəzirəsidir.


Yenə o bağ olaydı, yenə əl-ələ sən, mən,
Keçəydi günümüz şən.
Göz-gözə baxışaydıq baxışdan məst olaydıq,
“fələkdən kam alaydıq”.

Yenə o bağ olaydı, ürəklər qovuşaydı,
İlhamım danışaydı.
Vəsf edəydim qaşını, vəsf edəydim gözünü
İtriəydin özünü,
“Arzuya bax, sevgilim, tellərindən incəmi,
söylə, ürəyincəmi”?

Yenə o bağ olaydı, vaxtımızdan kəsəydik,
Görüşə tələsəydik,
Yenə o intizarla, gözləyəydim mən səni,
Sən ta gəlincə yəni,
Nəhayət ki, bir gözün ətrafı axtararaq
gələydin qorxaq-qorxaq.
Sonra hər şey çıxaydı yadından əvvəlki tək,
Danışaydın bir ürək.
Əvvəl şikayətində, sonra məzəmmətindən,
Axır məhəbbətindən,
Mənə söhbət açaydın, yandıraydın, yaxaydın.
Axırıma çıxaydın.
Bir olaydı qəlbimiz kələydi çuşə qanım,
Sən, ey tənimdə canım.


Yenə o bağ olaydı, yenə o daş oturacaq,
Yenə o səs-küylü bağ.
Əsəydi ağacların yarpağı saçın kimi,
Titrədəydi qəlbimi.
Biz oturan tərəfə başqası baxan zaman,
əsəbləşəydim bir an.
Yapışaydım olundan, acıqlanaydım sənə,
Küskün qalaydın mənə.
Barışaydıq nəhayət dəysəm belə xətrinə,
Sevgimizin xətrinə.
İlhamımın atəşi alışaydı-yanaydı,
ürəyim odlanaydı.

Bu bağın hər yerində səndən xatirə vardır,
Ürəyim biqərardır.
Bu nə gözəl xatirə, bu necə müdhiş andır,
Bu nə gözəl məkandır.
Görəsən Mərdəkanda kim tanımır bu yeri,
Bu yer dillər əzbəri.
Bir tərəfdə Xəzərin möhtəşəm mənzərəsi,
Şux dalğaların səsi.
Bir yanda təbiətin nə gözəl boyaqları,
əncir-üzüm bağları.
Nə gözəldir dolaşmaq burda səninlə qoşa,
Söhbət etmək baş-başa.
Nə gözəldir gəzişmək yağışlı havalarda,
Səninlə buralarda.
Nə gözəldir üzünə düşən hər bir damlada,
əksimə baxmaq, ya da
Bu sevdanın ləzzətin bir damladan çıxartmaq,
yanağından qopartmaq.
Damlalar kimi düşmək, damlalar kimi axmaq,
Bu xoş səhnəyə baxmaq.



Yenə o bağ olaydı, gəzişəydik qorxusuz,
Yenə həmən daş hovuz.
Adımızı yazaydıq hovuzun qırağında,
O sevgi bulağında.
Vuraydı ürəyimiz sonsuz arzular ilə,
Həzin duyğular ilə.
Bir gül dərib taxaydım, qulağının yanından.
Tellərini verib yan.
Bir gözəllik verəydi gül üzünə gül, gözəl,
Sən gözəlsən, gül gözəl.
Qısılıb bir-birinə ətrimizi duyaydıq,
Zamanı unudaydıq.
Sən ta baxıb saata gecdir deyənə kimi,
Axşam düşənə kimi

Vəlixan Müşfiqin “Yenə o bağ olaydı” şerinin üzərində misra-misra işləyib. Mənim üçün maraqlıdır görəsən Müşfiq sağ olsa idi Vəliyə nə deyərdi? Görəsən Müşfiq Vəlixanı tənqid edərdi yoxsa tərif? Bax, burada sizdən xahiş edirəm əgər şer haqqında və yaxud da mənim sizə yazdığım bu məktub tipli yazıya tənqidi fikirləriniz varsa yazın yollayın.

P. S Vəlixan Abdullayevin haqqında hələ çox danışacam İNŞALLAH.


Günay Dağlı
115 dəfə oxunub
22/02/2012 20:01:00 "Azəbaycana il ərzində 2 milyondan çox turist gəlir”
22/02/2012 20:00:00 Nəzakət Teymurovanın səsi xarici ölkədə eşidilir
22/02/2012 19:57:00 “Birlik” MMC-nin fırıldağı üzə çıxıb
22/02/2012 19:56:00 Muskomediya növbəti mövsümü öz binasında açacaq
22/02/2012 19:55:00 Samira “Azərbaycanın Uitni Hyustonu" kimi təqdim olunacaq
22/02/2012 19:52:00 Cavid Qurbanov: “Prezidentin o fərmanı vəziyyəti kökündən dəyişdi” - MÜSAHİBƏ
22/02/2012 19:51:00 Hərbçilərimiz ABŞ-a kursa gedir
22/02/2012 19:50:00 “Beşikdən məzara” təqdim olundu
22/02/2012 19:50:00 Azərbaycanda kino sahəsi inkişaf edir
22/02/2012 19:49:00 “Böyükmiqyaslı müharibə Rusiyanın xeyrinə deyil”
22/02/2012 19:47:00 Sənətçilər Xocalı soyqırımı ərəfəsində konsert verəcəkmi?
22/02/2012 16:59:00 Çaylarımızdakı mövcud vəziyyət açıqlandı
22/02/2012 16:51:00 Naxçıvanda 11 tarix və mədəniyyət abidəsi tapıldı
22/02/2012 16:48:00 Bakı keçidlərindəki Almaniya istehsallı eskalatorlar "kitayski" çıxdı
22/02/2012 16:47:00 Xəzər üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri işdən azad edildi
22/02/2012 16:28:00 Sürücülərə şad xəbər: Azərbaycanın təmir olunan və yenidən qurulan yolları – SİYAHI
22/02/2012 15:57:00 ATƏT-in Bakı ofisinin rəhbəri ADU-da mühazirə oxudu
22/02/2012 15:56:00 Hadı Rəcəbli: “Gənc ailələrin sosial müdafiəsinə dair qanun hazırlanır”
22/02/2012 15:46:00 Azərbaycan və Ermənistan ziyalıları Moskvada görüşdü
22/02/2012 15:35:00 Rusiya komandasının baş məşqçisi Türkiyədə öldü
22/02/2012 15:34:00 2 jurnalist öldürüldü, 4-ü yaralandı
22/02/2012 13:48:00 Gəncədə polis 8 qumbara tapdı
22/02/2012 13:46:00 Bakıda qanunsuz ovun qarşısı alınıb
22/02/2012 13:45:00 Türkiyənin “Eurovision-2012” mahnısı bu gün təqdim ediləcək
22/02/2012 13:44:00 Komitə sədri: “Bələdiyyə torpaqları bəlli deyil”
22/02/2012 13:43:00 Əli Əhmədov: “Bu, İranda yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir”
22/02/2012 13:42:00 Əli Hüseynli: “Xocalı soyqırımı ilə bağlı milli səviyyədə məhkəmə qurulmalıdır”
22/02/2012 13:40:00 Ermənilər 1994-cü ilədək işğaldakı ərazilərimizdə 373 terror aktı törədib
22/02/2012 13:39:00 “Ermənilər həm Şimali, həm Cənubi Azərbaycanda qırğınlar törədiblər”
22/02/2012 13:32:00 Gənclər Təşkilatları Milli Şurası e-mail “hücum” etdi
22/02/2012 13:32:00 “Qarabağ həqiqətləri- “Kimdir günahkar?” filmi sabah ictimaiyyətə təqdim olunacaq
22/02/2012 13:28:00 Torpaqlar çirklənmədən qorunmalıdır
22/02/2012 13:27:00 Şura üzvlüyünə qruplar üzrə seçkilər gələn həftədən başlanır
22/02/2012 13:24:00 Sənaye sahələrində 3,1 milyard manatlıq məhsul istehsal edilib
22/02/2012 13:24:00 NABUCCO kəmərinin yükü azaldıla bilər
22/02/2012 13:22:00 Doqquz  şirkət icbari sığorta ilə məşğul olacaq
22/02/2012 13:21:00 Müsabiqədə 229 müəllim mübarizə aparacaq
22/02/2012 13:19:00 "Fəth 1453" 4 günə 12,9 milyon lirə qazanıb
22/02/2012 13:15:00 İsmayıllıda sənətkarlıq sahələrinə geniş yer veriləcək
22/02/2012 13:14:00 “Miras” Xocalı faciəsini məktəblilərə anladacaq
22/02/2012 13:13:00 Maliyyə Nazirliyi QHT-lərə vaxt verdi
22/02/2012 13:11:00 Özəl bankların payı artıb
22/02/2012 13:10:00 İndoneziyada oranqutanlar özləri barədə filmə baxacaq
22/02/2012 13:09:00 Arılar barədə bilmədiklərimiz
22/02/2012 13:08:00 Avstraliya tarixində ən böyük çəhrayı almaz tapılıb
22/02/2012 12:57:00 Qadın ərini “kişi” sevgilisi ilə evləndirəcək
22/02/2012 12:52:00 NATO əsgərləri Quranı yandırdı, Ağ ev üzr istədi
22/02/2012 12:51:00 Məşhur alimlərə və bəstəkara Prezidentin fərdi təqaüdü verildi
22/02/2012 12:51:00 Veteranlar “Şöhrət” ordeni ilə təltif edildilər-SİYAHI
22/02/2012 12:50:00 Azərbaycanda uzunluğu 800 metr olan relslər hazırlanır



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb