Ucnoqta.az
www.ucnoqta.az

Şirvan sakini turşudan zəhərləndi

10:24 - 13 Sentyabr 2019 tarixində dərc olunub.

Şirvan şəhərində zəhərlənmə hadisəsi baş verib.

Şəhər sakini, 1992-ci il təvəllüdlü Fətullayev Əli Əlisəfa oğlu sirkəyə qoyulmuş turşu yeyərkən zəhərlənib. Vəziyyəti ağırlaşdığından o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Müəllif: