Ucnoqta.az
www.ucnoqta.az

Qəbələdə toyda kütləvi <font color=red><b>ZƏHƏRLƏNMƏ</b></font>

20:22 - 5 Avqust 2019 tarixində dərc olunub.

Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib. Məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.
Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.

Müəllif: