Ucnoqta.az
www.ucnoqta.az

Almanı düzgün yemirsiniz – <font color=red><b>Alimlərin tövsiyəsi</b></font>

12:06 - 27 İyul 2019 tarixində dərc olunub.

Avstriyanın Qrats Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, insanların əksəriyyəti almanı düzgün yemir.

“Gazeta.ru” xəbər verir ki, almalarda olan xeyli sayda faydalı bakteriya insan orqanizminə, xüsusən də mədə-bağırsaq sisteminə müsbət təsir edir. Alimlərin apardığı araşdırma zamanı məlum olub ki, almanın hər bir qramında təqribən 500 min müxtəlif bakteriya var. Onlar belə qənaətə gəliblər ki, faydalı mikroorqanizmlərin - probiotiklərin 90 faizi almanın özəyində yerləşir.

Buna görə də almanın faydasını görmək üçün meyvəni adətən dişlənmiş hissəsi – özəyi ilə birlikdə yemək lazımdır./oxu.az

Müəllif: