Ucnoqta.az
www.ucnoqta.az

Bakı metrosunda problem - Sərnişinlər boşaldıldı

11:15 - 26 İyul 2019 tarixində dərc olunub.

Bakı metrosunda qatarda texniki problem yaranıb.

Problem saat 10:35 radələrində metronun “Qara Qarayev” stansiyasında qeydə alınıb. Sərnişinlər qatardan təxliyyə olunub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, problem Həzi Aslanov” - “Dərnəgül” xətti üzrə hərəkət edən qatarda olub:

“Qatarda yaranan nasazlıq səbəbindən sərnişinlər boşaldılıb. Qatar dərhal depoya göndərilib. Əvəzinə xəttə köməkçi qatar buraxılıb. Yaranmış problemlə əlaqədar iki qatar arasında 11 dəqiqəyə yaxın interval yaranıb”./oxu.az

Müəllif: