Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə ağır qəza: <font color=red><b>mikroavtobus məktəb binasına çırpıldı - Xəsarət alanlar var</b></font>

18:33 - 13 İyun 2019 tarixində dərc olunub.

Göygöldə xeyli sayda sərnişinin xəsarət aldığı yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəncə-Hacıkənd avtomobil yolunun Aşıqlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq yolun kənarında olan məktəb binasına çırpılıb. Qəza zamanı 10-dan artıq sərnişin xəsarət alıb. Yaralılar Göygöl Mərkəzi rayon Xəstəxanasına və Gəncədə olan özəl xəstəxanalara aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: