Ucnoqta.az
www.ucnoqta.az

<b>Kamçatkada geyzer vadisinə keçirilən turizm ekskursiyaları dayandırılıb</b>

09:59 - 14 May 2019 tarixində dərc olunub.

Rusiyanın Kamçatka əyalətində geyzer vadisinə keçirilən turizm ekskursiyaları dayandırılıb.

Ucnoqta.az xəbər verir ki, buna səbəb isə qonur ayıların cütləşmə dövrünün olmasıdır. Bu barədə “RİA Novosti” məlumat yayıb.

Kronoçkom qoruğunun səlahiyyətliləri hesab edirlər ki, turistlə və helikopterlərin səs-küyü ayıların cütləşməsinə mane ola bilər.

Digər rayonlarda yem qıtlığı olduğu üçün, təxminən 10 yaxın ayı vadidə qida bolluğuna görə gəliblər.

“Sükunət dövrü” iyunun 30-na kimi davam edəcək.

 

Namiq

Müəllif: