Ucnoqta.az
www.ucnoqta.az

<b>Tramp NASA-ya əlavə 1,6 milyard dollar ayırmağa qərar verib</b>

08:42 - 14 May 2019 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) büdcəsinə Ay və Marsın kəşfiyyatı üçün əlavə 1,6 milyard dollar ayırmağı qərara alıb. Trend-in məlumatına görə, bu barədə D.Tramp öz "Tvitter" səhifəsində bildirib. O yazır: "...biz NASA-nın üstünlüyünü bərpa edirik və Aya qayıdırıq, sonra isə Marsa gedəcəyik. Büdcəyə əlavə 1,6 milyard dollar daxil etmək üçün dəyişiklik edirəm ki, biz kosmosa qayıda bilək!".

Müəllif: