Ucnoqta.az
www.ucnoqta.az

<b>Pilotlar tətil etdi - 280 reys təxirə salındı</b>

16:01 - 1 May 2019 tarixində dərc olunub.

Skandinaviyanın SAS aviaşirkəti pilotların tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 280 reysi təxirə salıb. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, pilotlar əmək haqqının artırılması tələbi ilə ötən həftənin cümə günündən tətil elan edib.

Etiraz aksiyası ümumilikdə 3300-dən çox reysin təxirə salınmasına səbəb olub.

Hazırda pilot həmkarlar təşkilatları şirkət rəhbərliyi ilə danışıqlar aparır.

Qeyd edək ki, SAS İsveç, Norveç və Danimarkanın birgə aviaşirkətidir.

Müəllif: