Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda yol qəzası baş verib, xəsarət alanlar var

10:56 - 9 Aprel 2019 tarixində dərc olunub.

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stasiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./report

Müəllif: