Ucnoqta.az
www.ucnoqta.az

Çexiyada tramvayla trolleybus toqquşub, 40 nəfər yaralanıb

19:00 - 1 Aprel 2019 tarixində dərc olunub.

Çexiyanın cənub-şərqində yerləşən Brno şəhərində tramvayla trolleybusun toqquşması nəticəsində 40 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Milli xilasetmə və yanacaq xidməti yayıb. Bildirilib ki, yaralıların 5-i reanimasiyaya yerləşdirilib.

Qəzanın səbəbi araşdırılır. 

Müəllif: