Ucnoqta.az
www.ucnoqta.az

Binəqədi və Nərimanovda içməli suyun verilməsində fasilə yaranıb

19:49 - 31 Mart 2019 tarixində dərc olunub.

Paytaxtın Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Ucnoqta.az xəbər verir ki, Bu barədə "Report"a Azərsu ASC-dən bildirilib.
Qeyd edilir ki, fasiləyə səbəb magistral su kəmərində (Ə.Rəcəbli küçəsində) baş vermiş qəzadır.

Hazırda qəza briqadaları əraziyə cəlb olunub.

Müəllif: