“Ethiopian Airlines” aviaşirkətinin qəzaya uğradığı “Boeing 737” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
Bunu aviaşirkət bildirib. Şirkətin yaydığı məlumata əsasən, Əddis-Əbəbədən Nayrobiyə uçan təyyarənin göyərtəsində 149 sərnişin və 7 ekipaj üzvü olub. Təyayrədə 33 xalqın nümayəndəsinin olduğu da qeyd olunur.
Qəza təyyarənin Əddis-Əbəbənin aeroportundan havaya qalxmasından 6 dəqiqə sonra baş verib. Təyyarə şəhərdən 40 kilometrdən az məsafə aralığında düşüb.
Qəzanın səbəbləri məlum deyil, axtarış əməliyyatları aparılır.