Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>İki hərbçimiz qar uçqununa düşüb</b></font>

20:19 - 7 Mart 2019 tarixində dərc olunub.

Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüb.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Müəllif: