Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub</b></font>

12:45 - 7 Mart 2019 tarixində dərc olunub.

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı və birinci xanım körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.

Müəllif: