Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün gecə saatlarına qədər Bakının Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi dayandırılacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.