Ucnoqta.az
www.ucnoqta.az

Bakıda güclü külək fəsadlar törədib – <font color=red><b>FOTO</b></font>

10:12 - 5 Yanvar 2019 tarixində dərc olunub.

Ötən gün axşam saatlarından əsməyə başlayan güclü külək Bakıda bir sıra fəsadlar törədib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata görə, külək Bakı Dairəvi-1 avtomobil yolunda, Yeni Yasamal yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhəni aşırıb. İnsident nəticəsində Yeni Yasamal yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində maneə yaranıb.
Agentliyin əməkdaşları aşan lövhəni ərazidən kənarlaşdırıblar.

Müəllif: