Ucnoqta.az
www.ucnoqta.az

Tərtərdə baş vermiş partlayışda 2 nəfər xəsarət alıb- <font color=red><b>Rəsmi</b></font>

13:20 - 29 Noyabr 2018 tarixində dərc olunub.

Noyabrın 29-da Tərtər rayonunda yanacaqdoldurma məntəqələrinin birində partlayış baş verib.

Səhiyyə Nazirliyinin məlumatına görə hadisə zamanı iki nəfər xəsarət alıb. Rayon mərkəzi xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Məlumatda onlardan birinin bədən səthinin 100, digərinin isə 70-80 faiz yandığı qeyd edilir. Bununla bağlı həkim briqadası Bakıdan Tərtərə yola düşüb.

Faktla bağlı araşdırma aparılır. AzərTac

Müəllif: