Ucnoqta.az
www.ucnoqta.az

Payızda parlamentin 100 illiyi qeyd olunacaq

12:59 - 1 May 2018 tarixində dərc olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Parlamentinin  100 illiyinin qeyd olunması ilə bağlı spiekr Oqtay Əsədovun göstərişinə əsasən xüsusi parlament qrupu yaradılıb. 

Bu barədə vitse-spiker Bahar Muradova parlamentin bu gün keçirilən iclasında məlumat verib. O qeyd edib ki, bununla bağlı geniş nəşrlər hazırlanır: “Eyni zamanda, parlamentin  100 illiyi ilə bağlı bu ilin payızında  geniş tədbirin keçirilməsi nəzərdə turulur. Biz istəyirik ki parlamentin 100 illiyini daha sanballı layiqli şəkildə qeyd edək.  Bunun üçün də indidən hazırlıq işləri başlayıb və uğurla da davam edir. Tədbirimizi də nəzərdə tutduğumuz kimi yüksək və sanballı şəkildə qeyd edə biləcəyik”.qafqazinfo

Müəllif: