Ucnoqta.az
www.ucnoqta.az

Axtarışda olan 16 nəfər saxlanılıb

10:11 - 28 Aprel 2018 tarixində dərc olunub.
Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 78 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb. Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Aprelin 27-də ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.
Müəllif: